İdman 18:31 04.03.2023

Messi və Ronaldo yenidən üz-üzə gələ bilər

Lionel Messinin gələcəyi ilə bağlı müzakirələr hələ davam edir.

Qaynarinfo xəbər verir ki, argentinalı ulduzun Fransa təmsilçisi PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Dünya çempionatının son qalibinin "Barselona" və ya ABŞ MLS liqasında çıxış edən klublardan birinə gedəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Ancaq yeni bir iddia ortaya atılıb. Bu iddiaya görə Messi və Kriştiano Ronaldo yenidən eyni çempionatda üz-üzə gələ bilər. 

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl İttihad" Messini transfer etmək istəyir. İspaniya mətbuatında yer alan xəbərlərə görə ərəb komandası argentinalı superulduza 2 illik müqavilə üçün 176 milyon avro ödəməyə hazırdır. 

"Mançester Yunayted"dən ayrılan Ronaldo Səudiyyə Ərəbistanının digər klubu "Əl Nəsr"in yolunu tutmuşdu. Bu transfer həyata keçsə, Messi və Ronaldo daha bir ölkə çempionatında qarşılaşa bilər.

Səbuhi Həsənov