Sağlamlıq 08:57 07.06.2022

Meymunçiçəyi 42 yaşından aşağı insanlar üçün niyə təhlükəlidir? (SƏBƏB)

"42 yaşdan aşağı insanlar vaksinasiyasızdırlar. Yəni qeyd etdiyimiz şəxslər meymunçiçəyi vriusuna qarşı həssasdırlar. Xəstələnmə və ölüm halları bu şəxslər arasında daha çoxdur".

Qaynarinfo xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, vaksinasiya olunan şəxslərdə xəstəlik çox zəif keçir və ya onlar heç yoluxmurlar.