Texnologiya 16:25 23.06.2022

“Microsoft” Rusiya hakerləri ilə bağlı məlumat yaydı

Ukrayna və müttəfiqləri rus hakerlərinin kütləvi hücumunun hədəfindədir.
 
Qaynarinfo bu barədə "Jara.news" saytına istinadən xəbər verir.

"Microsoft” bildirir ki, rus hakerlərinin 42 ölkədə 128 dövlət qurumuna hücumlarını müəyyən edilib.
 
Hücumların, demək olar, üçdə biri uğurlu olub.
 
"Ukrayna təkcə raket hücumlarına deyil, həm də kiber hücumlara məruz qalır".
 
"Microsoft”un məlumatına görə, rusiyalı hakerlər Ukraynanın müttəfiqlərinin dövlət strukturlarına və kiberşəbəkələrinə geniş hücumlar təşkil ediblər.
 
Həmçinin "Microsoft” xəbərdarlıq edib ki, hücumlar xüsusilə NATO ölkələrindəki hökumət kompüter şəbəkələrinə yönəlib.
 
"Hücumun hədəfi ABŞ-dır, lakin Ukraynaya müxtəlif yardımları koordinasiya edən Polşa və bu sahədə fəal olan digər ölkələr, məsələn, Baltikyanı ölkələr də hücumun əsas hədəfi olub”, - şirkətdən bildirilib.
 
Bu ölkələrdə dövlət qurumları ilə yanaşı, informasiya və kiber texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin enerji təchizatı şirkətləri və infrastruktur ən çox hücumlarla üzləşib.
 
Vurğulanır ki, Microsoft müharibədən əvvəlki həftələr də daxil olmaqla, mayın əvvəlində yüzlərlə rusiyalı haker hücumu haqqında məlumat verib.
Hücumlar Ukrayna ordusunu zəiflətmək və dövlət qurumlarına ictimai etimadı sarsıtmaq məqsədi daşıyıb ki, Rusiya hücumları daha az müqavimətlə qarşılansın.
 
M.Arif