İdman 16:25 08.06.2023

Millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb.
 
Qaynarinfo-nun məlumatına görə A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.
 
Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

A qrupu

Qazaxıstan
Rumıniya
Azərbaycan
Niderland

B qrupu

Ukrayna
Polşa
Serbiya
Belçika

C qrupu

Xorvatiya
Slovakiya
Fransa
Almaniya

D qrupu

İspaniya
İtaliya
Sloveniya
Çexiya

E qrupu

Portuqaliya
Gürcüstan
Ermənistan
Finlandiya

Elit-raund mərhələsinin oyunları 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr
2-11 oktyabr
11-20 dekabr
 
Səbuhi Həsənov