İdman 21:40 23.03.2023

Millimizin kapitanı: "Çalışacağıq uğurlu seriyanı davam etdirək"

"Komanda olaraq oyuna tam hazırıq".

Qaynarinfo-nun məlumatına görə bu sözləri millimizin kapitanı Emin Mahmudov deyib. Yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya ilə oyundan öncə fikirlərini bildirib. Mahmudov ardıcıl qələbə seriyasını davam etdirmək istədiklərini söyləyib:

"Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son vaxtlarda göstərdiyimiz oyunu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Səbuhi Həsənov