İdman 10:50 11.08.2022

Millimizin təlim-məşq toplanışı və yoldaşlıq görüşləri ləğv olundu

Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı ləğv olunub. 
 
Futzal Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb Türkmənistan millisinin Bakıya səfərinin təxirə salınması olub. Sənədləşmə porsesi vaxtında edilmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiklərinə görə, Türkmənistan millisi Bakıya gələ bilməyib. 

Bu səbəbdən, Azərbaycan millisinin bu rəqiblə ayın 17-də və 19-da keçirəcəyi yoldaşlıq oyunları, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.
 
Səbuhi Həsənov