İdman 14:33 09.10.2022

Millimizin üzvü yarımfinalda gürcü rəqibinə uduzdu

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Qaynarinfo-nun məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.