İdman 19:16 23.06.2022

Millinin yeni baş məşqçisinin adı açıqlandı

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.
 
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub. 

Belə ki, öz xahişi ilə istefa verən kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandoustun yerinə Məmməd Abdullayev təyinat alıb. Köməkçi məşqçi isə Rəşad Məmmdov olub.
 
Sənan Həşimov isə qadınlardan ibarət yığmanın böyük məşqçisi təyin olunub.
 
Səbuhi Həsənov