İdman 15:43 12.05.2023

Mirabdulla Abbasovun "Neftçi"dən şikayətinə baxıldı

AFFA-nın nəzdində oyunçuların Statusu və Transferi Komitəsi futbolçu Mirabdulla Abbasovun "neftçi"yə qarşı qaldırdığı kompensasiya iddiasına baxıb.
 
Qaynarinfo-nun məlumatına görə AFFA futbolçunun klubdan şikayətinə baxıb müsbət cavab verib.
 
Qərar aşağıdakı kimidir: 

"01 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 01.09.2022-ci il tarixli Razılaşmaya əsasən İddiaçıya ödənilməli olan 80 000 (səksən min) manat kompensasiya məbləğinin qalan 23 585,5 manat ( iyirmi üç min beş yüz səksən beş manat əlli qəpik) hissəsinin Cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq iddia tələbi təmin edilmiş hesab edilsin”.
 
Hazırda "Səbail"in formasını geyinən Mirabdulla Abbasov "Neftçi"nin yetirməsidir.
 
Səbuhi Həsənov