Ölkə 23:55 02.06.2023

Moskvada Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olundu

Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

APA xəbər verir ki, bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazilərinin müavinləri arasında keçirilən İşçi Qrupunun 12-ci iclasında bildirilib.

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Danışıqların nəticələri barədə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər", deyə məlumatd qeyd olunub.