Siyasət 18:18 16.08.2022

MSK-nın yeni strukturu müəyyənləşdi

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni strukturu məlum olub.

"Report”un əldə etdiyi məlumata görə, qurumun ştat cədvəlindəki vahidlərin sayı 129-dur.

MSK-nın strukturunu təqdim edirik:

Katibliyin müdiri
Katibliyin rəhbərinin müavini
Katibliyin müdirinin köməkçisi
Katibliyin Təşkilat şöbəsi
Katibliyin Hüquq şöbəsi
Katibliyin Beynəlxalq əlaqələr şöbəsi
Treninq sektoru
Katibliyin İnformasiya mərkəzi (şöbə statusunda)
İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru
İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru
Texniki və sistem təminatı sektoru
Katibliyin Ümumi şöbəsi
Kargüzarlıq sektoru
İnsan resursları sektoru
Katibliyin Media və kommunikasiya şöbəsi
Katibliyin Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi
Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru
Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
Katibliyin Redaksiya və nəşr şöbəsi
Katibliyin Maliyyə şöbəsi
Katibliyin Təsərrüfat şöbəsi.

Qeyd edək ki, qurumun yeni strukturu və ştat cədvəli MSK-nın bu gün keçirilən iclasında təsdiqlənib.