Ölkə 15:29 31.05.2023

Müəllimi bu alçaldıcı proseslərdən xilas etmək lazımdır - Sabir Rüstəmxanlı

"Təəssüflər olsun ki, bizdə bəzi qanunlar dövlətin və millətin maraqlarından daha çox o qanunu qəbul elətdirən təşkilatların maraqlarına uyğun olur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

O bildirib ki, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin bir il-bir il artırılması subyektiv amilləri ortaya çıxarır:

"Müəllimin ixtiyarı regional təhsil idarəsinin öhdəsinə qalır. O da öz qohumunu, tanışını irəli çəkir, yaxşı müəllimlər kənarda qalır. Biz bunu dəfələrlə görmüşük. Müəllimi bu alçaldıcı proseslərdən xilas etmək lazımdır. Müəllim ya işləyir, ya da işləmir, idarələr qabağında sürünmür. Müəllimin hörmətini aşağı salmayın".
 
Qafqaz Rafiqoğlu