Dünya 17:26 09.07.2022

Müharibə Rusiya imperiyadan normal ölkəyə çevriləndə başa çatacaq – Hərbçi

"Hər müharibə danışıqlarla bitmir, bəzi müharibələr düşmənin kapitulyasiyası ilə bitir”.

Qaynarinfo xəbər verir ki, bunu "Amerikanın Səsi” radiosuna müsahibəsində 2014-cü ildə sıravi könüllü kimi cəbhəyə gedən 95-ci briqadanın zabiti Yuri Koçevenko deyib.

"Mən sonluğu məhz belə görürəm... Şəxsən mənim üçün bu müharibə ancaq Kremlin bişmiş kərpiclərini təpikləyəndə bitəcək. Müharibənin bu mərhələsinin konkret olaraq necə başa çatacağının – hansısa sülh sazişi və ya atəşkəs olub-olmayacağının mənim üçün heç bir əhəmiyyəti yoxdur”, - hərbçi əlavə edib.

O, belə bir fikir bildirib ki, nə qədər, Rusiya öz imperiya formatında qalır, bu müharibə bitməyəcək.

Düşməni Ukraynadan qovmaq üçün Belarusu azad etməliyik. Belarusu azad etmək üçün Cənubi Qafqazı, Abxaziyanı, Cənubi Osetiyanı azad etməliyik, Elə etməliyik ki, Rusiya Orta Asiyadan çıxsın, Rusiyanın əsarətində olan xalqlarını azad etməliyik, Rusiya dövlətinin totalitar, imperiya mahiyyətini sıradan çıxarıb onu yanında yaşaya biləcəyiniz normal qonşu vəziyyətinə salmalıyıq", - Koçevenko vurğulayıb.

O, eyni zamanda, ukraynalıların daxili və psixoloji baxımdan müharibəyə daha yaxşı hazırlaşdıqları barədə fikir bildirib.

"Ona görə də bu ilk "blitskrig" uğurlu olmadı, çünki nə informasiya hücumu, nə də hərbi hücum onların (rusların. - red.) gözlədiyi nəticəni vermədi. İstəyirdilər ki, 2014-cü ildə olduğu kimi olsun, amma heç də elə alınmadı”, - hərbçi deyib.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun 9-da Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Desant Hücum Briqadasının zabiti Yuri Koçevenko ukraynalıların niyə məhz indi qalib gəlməli olduğunu izah edib. Hərbçilər ukraynalıları qələbə üçün - uşaqların gələcəyi naminə mümkün olan hər şeyi etməyə çağırıblar.

Alpər