Bu gün Kopenhagendə (Danimarka) Ukrayna üzrə Şimali Avropa müttəfiqlərinin konfransı keçirilib. İştirakçılar hərbi dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə
Qaynarinfo konfransın yekun bəyannaməsinə istinadən
xəbər verir.
Bildirilir ki, konfrans iştirakçıları Rusiyanın vəhşiliyini və ukraynalı dinc sakinlərin öldürülməsini pisləyib, həmçinin Ukraynaya tam dəstəklərini bildiriblər. Onlar aşağıdakılar barədə razılağa gəliblər:
•Ukraynanın daimi uzunmüddətli maliyyələşdirilməsini təşviq etmək
•silah, o cümlədən artilleriya və sursat istehsalını artırmaq
•Ukrayna ordusunun hazırlığını inkişaf etdirmək və artırmaq
•Ukraynanın minatəmizləmə səylərinə kömək etmək
Bəyannamədə həmçinin bildirilir ki, müttəfiqlər hərbi yardım üçün ayrılan vəsaitin artırılmasına sadiqdirlər. Növbəti iclas sentyabrda distant rejimdə keçiriləcək.
Bundan əvvəl məlum olmuşdu ki, Kopenhagendə keçirilən Şimali Avropa müttəfiqlərinin konfransı Ukraynaya hərbi yardım üçün 1,5 milyard avro toplayıb. Bu barədə Danimarkanın Müdafiə nazirliyinin "Twitter" səhifəsində
məlumat paylaşılıb
Nizami Bağırov
Şərhlər