Foto 21:28 27.12.2020

Naftalanda karantin qaydalarını pozan oyun zalı aşkarlandı (FOTOLAR)

Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində şəhər ərzisində Siyavuş Verdiyevin qanunsuz olaraq, icarə əsasında "play station” salonu işlətdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı 6 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi S. Verdiyev və müştərilər saxlanılaraq ŞPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.