Yanvarın 1-i səhər saatlarında naməlum bir qadın BMT-nin Nyu Yorkda yerləşən, bayram günləri bağlı olan mənzil-qərargahına daxil olmağa cəhd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS BMT-nin mətbuat xidmətinə istinadən məlumat
yayıb. Əlavə edilir ki, qərargaha heç bir təhlükə yoxdur.
Hadisə yerinə polis gəlib, araşdırma aparılır.
Şəhər polisi qadının qəsdən darvazanı döyməyə cəhd etmədiyini açıqlayıb.
Alpər
Şərhlər