İdman 22:19 31.03.2023

"Napoli"nin nigeriyalısı maskasını itirib

"Napoli"nin futbolçusu Viktor Osmihen Çempionlar Liqasında "Milan"a qarşı ilk matçını buraxacaq.

Qaynarinfo xəbər verir ki, "Napoli”nin İtaliya A Seriyasında qol ümidlərindən olan nigeriyalı hücumçu milli komandaların oyunları ilə bağlı yaranan fasilədə simvolik üz maskasını itirib. 

İtaliya mətbuatında yer alan xəbərə görə, bu mövsüm "Napoli"nin heyətində 25 qol vuran 24 yaşlı oyunçu "Nigeriya" - "Qvineya-Bisau" ilə matç üçün getdiyi ölkəsindən əhəmiyyətli çatışmazlıqla dönüb. 2021-ci ilin noyabrında ciddi zədə aldıqdan sonra üz maskası ilə oynayan ulduz futbolçu almacıq sümüyündə çoxsaylı qırıqlar olduğu üçün belə üsula əl atmışdı. İlk dəfə 2022-ci ilin yanvarında üz maskası ilə görünən Osimhenin İtaliyaya qayıdarkən yeni maska ​​alacağı gözlənildiyi halda, "Napoli" onunla bağlı xoş olmayan xəbər alıb. Belə ki, futbolçunun zədələndiyi bildirilib. 

Yığmadan zədə ilə qayıdan futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Milan"a qarşı oynaya bilməyəcəyi açıqlanıb. "San Siroda" oynanılacaq ilk matçda meydana çıxa bilməyəcək Osimhenin ikinci matçda meydanda olması üçün klub həkimləri əllərindən gələni əsirgəmir.

A seriyasında ən yaxın izləyicisini 19 xal qabaqlayan "Napoli”nin bombardiri Osimhenlə yanaşı 14 qol vuran Xviça Kvaratsxeliyadır.

Səbuhi Həsənov