Dünya 15:47 08.06.2023

NATO-nun ayrı-ayrı üzvləri öz qoşunlarının Ukrayna ərazisinə daxil edə bilər - Rasmussen

Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarının müzakirəsi çərçivəsində NATO-nun ayrı-ayrı üzvləri öz qoşunlarının Ukrayna ərazisinə daxil edilməsinə razılıq verə bilərlər.

Bu barədə Qaynarinfo "The Guardian"a istinadən xəbər verir.

Rasmussenin sözlərinə görə, əgər NATO Vilnüs sammitində Ukraynanın üzvlüklə bağlı addımları və ya onun təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı qərar verə bilməsə, "bəzi ölkələrin ayrı-ayrılıqda hərəkətə keçə biləcəyi aydın ehtimalı var”.

"Məlumdur ki, Polşa Ukraynaya konkret yardım göstərməkdə böyük iştirakı var. Mən istisna etmirəm ki, Polşa milli səviyyədə bu kontekstdə daha da böyük iştirakı olacaq və ardınca Baltikyanı ölkələrində, bəlkə də, oraya qoşun yeritməklə”, deyə o bildirib.

Alyansın keçmiş baş katibinin sözlərinə görə, Varşava "Ukraynanın Vilnüsdə heç nə əldə etmədiyi təqdirdə istəyənlərin koalisiyasının yaradılması imkanını ciddi şəkildə nəzərdən keçirəcək” və Ukraynanın belə hərbi yardım istəməsi tamamilə qanuni olardı.

Qeyd edək ki, Rasmussen "Kiyev Təhlükəsizlik Kompaktı" kimi tanınan Ukrayna üçün təhlükəsizlik zəmanətləri layihəsinin tərtibatçılarından biridir.

Alyansın və Qərb dövlətlərinin rəsmi nümayəndələri Ukraynaya öz qoşunlarının yeridilməsi ehtimalını dəfələrlə qəti şəkildə rədd edərək, bunun NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın əsasını qoyacağını iddia ediblər.

Nizami Bağırov