Dünya 18:35 30.12.2022

NATO-nun baş katibi: “Ukraynaya silah tədarükü sülhə aparan ən qısa yoldur”

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq. 

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, o, bu barədə DPA-ya müsahibəsində bildirib.

"Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur", - o deyib. Stoltenberqin sözlərinə görə, Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək. NATO-nun baş katibi hesab edir ki, bundan sonra sülh danışıqları mümkün olacaq.

O qeyd edib ki, Kiyevin Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab edir. 

"Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. O cümlədən Ukraynanın”, - deyə Stoltenberq bununla bağlı sualı cavablandırıb.

Kiyevi orta mənzilli raketlərlə təmin etmək imkanlarına toxunaraq, o, NATO müttəfiqlərinin "xüsusi döyüş sistemləri”nin tədarükü ilə bağlı daimi dialoqda olduqlarına diqqət çəkib.

Alpər