Siyasət 13:07 24.02.2023

Nazir müavini: "Dəyişiklik istəyiriksə, konstitusiyaya yenidən baxılmalıdır"

"Bələdiyyələrlə bağlı müəyyən dəyişikliklərin edilməsi üçün Milli Məclisin Regional məsələlər komitəsi qanun layihələri hazırlaya bilər. Parlament qanunverici orqan olduğundan buna səlahiyyəti var. Ədliyyə Nazirliyi olaraq da lazımi köməklikləri göstərməyə hazırıq”. 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini qeyd edib ki, bələdiyyələrin və üzvlərinin sayının azaldılması qüvvədə olan qanunvericiliyə uyğun həll edilir: 

"Bələdiyyələrin səlahiyyətləri də konstitusiyaya uyğun tənzimlənir. Dəyişiklik istəyiriksə, mütləq şəkildə konstitusiyaya yenidən baxılmalıdır. Bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi də mümkün ola bilər".

Qafqaz Rafiqoğlu