Ekonomiks 23:21 06.12.2022

Neft sürətlə ucuzlaşır

Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin fevralında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 4-dən bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb.

Ticarət sessiyası ərzində Brent neftinin dəyəri 4,55% azalaraq 78,92 dollar/barelədək ucuzlaşıb.

Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin yanvar çatdırılması üzrə fyuçerslərin qiyməti 4,45% azalaraq bir barel üçün 73,51 dollar olub.

Analitiklər ucuzlaşmanın hələ bir qədər də davam edə biləcəyini proqnozlaşdırırlar.