Ölkə 23:14 18.03.2022

Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürdü

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.