İdman 15:28 26.05.2023

“Neftçi” gedir, ya yox? - Klub rəsmisindən açıqlama

Rusiya klubu "Zenit” 4 komandanın iştirakı ilə çempionat keçirməyi planlaşdırır. Sankt-Peterburq təmsilçisi sözgedən yarışa "Fənərbağça” (Türkiyə) "Srvena Zvezda”(Serbiya) və "Neftçi”nin də iştirakı ilə turnir keçirmək istəyir. Klub sözügedən iştirakçılara rəsmi təklif də göndərib. Bəs "Neftçi” təklifi qəbul edib-etməməklə bağlı nə düşünür? Ümumiyyətlə qərar nə zaman veriləcək?

Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Depardamentinin rəhbəri Rüstəm Allahverdiyev Qaynarinfo-ya açıqlamasında məsələ ilə bağlı hələ qərar verilmədiyini qeyd etdi:

"Turnirdə iştirak üçün rəsmi dəvət göndəriblər. Amma heç bir qərar verməmişik. Yəqin ki, kubokun finalından sonra bu barədə müzakirə aparacağıq. Bu turnir elədir ki, getsək təlim-məşq toplanışında orada keçməliyik. Bunun üçün şərait varmı? Komanda harada qalacaq, hansı stadionda məşq keçəcək? Bu məsələlər var, ona görə də gözləmə mövqeyindəyik”.

Səbuhi Həsənov