İdman 19:09 08.06.2023

"Neftçi" kapitanın xüsusi formasını auksiona çıxardı - SƏBƏB

"Neftçi" kapitanı Emin Mahmudovun imzalı formasını auksiyona çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klub rəsmi elan verib.
 
Açıqlamada "Neftçi” PFK olaraq Avropa Klub Asossiyasiyasının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə layihəsini imzalı formamız ilə dəstəkləməkdən qürur duyuruq. Komandamızın kapitanı Emin Mahmudovun imzalı formasını əldə etmək üçün auksiona qoşula bilərsiniz. Sonda toplanacaq məbləğ Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlərə yardım kimi göndəriləcək" - sözləri qeyd olunub.

Səbuhi Həsənov