İdman 20:12 01.12.2022

“Neftçi”nin 300 min təklif etdiyi futbolçuya Azərbaycan pasportu verildi

Rusiyanın "Ximki" klubunda çıxış edən Ayaz Quliyev Azərbaycan millisində oynaya bilər.

Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə Azərbaycan pasportu da verilib.

Ayazın AÇ-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.

Moskva "Spartak"ının yetirməsi olan Quliyev "Anji", "Rostov", "Arsenal" (Tula) klublarında oynayıb. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Rusiya mətbuatının yaydığı digər məlumata görə, Ayaz Quliyev "Neftçi"də oynaya bilər. "Ağ-qaralar" 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 300 min avro təklif etməyə hazırlaşır. Hələlik rəsmi danışıqlar başlamayıb.