İdman 15:38 11.03.2022

"Neftçi"yə polis cəriməsi

AFFA-nın İntizam Komitəsi iclas keçirib.
 
Qaynarinfo xəbər verir ki, iclasın Birinci Divizionun 17-ci turuna həsr olunmuş hissəsində qaydaları pozanlarla bağlı aşağıdakı qərarlar çıxarılıb. 
 
"Zirə-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

"Səbail-2” – "Sabah-2” oyununda "Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

"Sabah-2” komandasının futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur.

"Kəpəz” – "Sumqayıt-2” oyununda "Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

"Neftçi-2”  – "Qarabağ-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

"Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

"Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

"Qarabağ-2” komandasının azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün komanda 80 manat cərimə olunur.
 
Səbuhi Həsənov