İdman 12:25 14.03.2023

Neymar PSJ-dəki karyerası ilə bağlı nə düşünür?

PSJ-nin ulduzu Neymar karyerası ilə bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, ulduz futbolçu karyerasının sonuna qədər PSJ-də qalmağı düşünür. 

Fevralın 19-da baş tutan, "Lill"ə 4:3 hesabı ilə məğlub olduqları oyunda zədələnən Neymar üçün mövsüm bitib. Braziliyalı futbolçu topuğundan əməliyyat olunub.

Onun Braziliya təmsilçisi "Atletik"ə ya da İspaniya "Barselona”sına qayıdacağı, yaxud yüksək ödəniş qarşılığında Premyer Liqada oynayacağı deyilirdi. Ancaq "sambaçı" müqaviləsi bitənə qədər Parisdə qalmağı düşündüyünü bildirib. Neymarın arzusu xüsusən də komandası ilə Çempionlar Liqasının qalibi olmaqdır.

Hazırda 31 yaşlı braziliyalı superulduzun PSJ ilə 2027-ci ilə qədər müqaviləsi var. O, müqaviləsinin sonuna kimi Paris klubunda qalsa, 10 ilini bu komandada keçirmiş olacaq.

PSJ Neymarı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer etmişdi. Hücumçu buradakı karyerası ərzində 173 oyunda 118 qol vurub, 43 məhsuldar ötürməyə imza atıb.

Braziliyalı ulduz Paris komandasındakı karyerası ərzində 13 kubok qazanıb.

Səbuhi Həsənov