İdman 12:19 14.10.2022

Neymar üçün 5 illik həbs cəzası tələb olunur

Fransa nəhəngi PSJ-nin uduzu Neymar "Barselona"nın formasını geyindiyi vaxtdan bəri problemlərdən qurtula bilmir.

Qaynarinfo xəbər verir ki, braziliyalı ulduzu 5 il həbs cəzası gözləyir. Neymar futbolla yanaşı, keçmişi ilə də yadda qalmağa davam edir. 2017-ci ildə "Barselona"dan ayrılaraq 222 milyon avro qarşılığında PSJ-yə keçən hücumçuk omandanın digər ulduzu Kilian Mbappe ilə fikir ayrılığı yaşamaqla diqqət çəkib. Ancaq ulduz futbolçu bu dəfə fərqli problemlə üzləşib.

"Sambaçı" "Barselona"ya 2013-cü ildə Braziliya klubu "Santos"da keçib. 30 yaşlı futbolçu həmin vaxt 88 milyon avroya yaxın qiymətə transfer olunsa da, klublar ilkin olaraq daha aşağı qiymət elan etmiş və məsələ böyük müzakirələrə səbəb olmuşdu. Neymar o zaman hüquqlarının 40 faizinə sahib olan DIS şirkəti ilə transfer məsələlərinə görə məhkəmə qarşısına çıxacaq. Məşhur "AS" nəşrində yer alan xəbərə görə "Santos"da çıxış etdiyi müddətdə transfer hüquqlarının 40 faizinə sahib olan həmin şirkət Neymarın "Barselona"ya keçidində korrupsiya əməlləri olduğunu əsas gətirərək şikayət edib. "Barselona" Neymarı 2013-cü ilin iyulunda "Santos"dan aldıqdan sonra hər iki klub transferin qiymətini açıqlayıb. Lakin şirkət hesab edir ki, müqaviləyə daha yüksək ödənişlər daxildir və buna görə də hüquqlarını itirir.  Şirkət Neymarı, həmçinin "Santos"un menecerlərini və "Barselona"nın keçmiş prezidentləri Sandro Rosell və Xosep Maria Bartomeunu "korrupsiya və fırıldaqçılıq" ittihamı ilə məhkəməyə verib. İddiaçı tərəf rəhbərlərə 6 il həbs və 195 milyon avroya qədər cərimə tələb etdiyi halda, Neymar 5 illik həbs cəzası ilə mühakimə olunacaq. Məhkəmə bazar ertəsi Barselonada ilkin dindirmə ilə başlayacaq və oktyabrın 31-nə qədər davam edəcək.

Bu, "Barselona" və Neymar üçün ilk belə hadisə deyil. Daha əvvəl, 2014-cü ildə Madrid prokurorluğu bu transferlə bağlı araşdırmaya başlamışdı. Sandro Rosell prosesdən sonra sədr vəzifəsindən istefa verib. Sonradan klub rəhbərliyinin həqiqətən transferi başa çatdırmaq üçün daha çox pul ödədiyi təsdiqlənib. Daha sonra "Barselona" və Bartomeuya qarşı vergidən yayınma ittihamı irəli sürülüb. Neymar daha əvvəl vergidən yayınma iddiası ilə ittihamların mərkəzində olmuşdu.

İddialara görə 2015-ci ildə futbolçunun bank hesabları və şirkətləri vergidən yayındığı üçün Braziliya hakimiyyəti tərəfindən 42,5, "Santos"dan "Barselona"ya transferi zamanı isə 14,3 milyon avro "gizlədildiyi" üçün 150 ​​faiz vergidən yayınma cəzası veriləcək.

Səbuhi Həsənov