İdman 10:19 25.11.2022

Neymar üçün dünya çempionatı başa çatdı? - Millinin həkimindən açıqlama

Braziliya yığmasının hücumçusu Neymar Serbiya ilə görüşdə - dünya çempionatının qrup mərhələsinin ilk tur matçında (2:0) topuq nahiyəsindən zədə alıb və 79-cu dəqiqədə əvəzlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə Braziliyanın "Globo Esporte" portalına millinin həkimi Rodriqo Lesmar danışıb:

"Neymarın sağ topuğu burxulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik".

"Pentakampionlar"ın baş məşqçisi Tite isə komandanın lideri ilə bağlı ciddi narahatlıq olmadığını, onun DÇ-nin növbəti matçlarında da oynaya biləcəyini açıqlayıb.

Qeyd edək ki, Braziliya qrup mərhələsinin ikinci turunun oyununa noyabrın 28-də çıxacaq. Cənubi amerikalılar bu tarixdə İsveçrə millisi ilə üz-üzə gələcək.