İdman 20:56 28.07.2022

Neymarın ikiillik həbsi tələb olunur

PSJ-nin ulduzu Neymar "Barselona" ilə müqaviləsində korrupsiyaya görə məhkəməyə verilib.

Qaynarinfonun məlumatına görə braziliyalı ulduz ikiillik həbs cəzasına məruz qala bilər. "El Pais"in yazdığına görə 30 yaşlı futbolçu oktyabrın 17-də məhkəmə qarşısına çıxacaq. Neymarın "Barselona"dakı müqaviləsində korrupsiya ittihamı ilə açılan məhkəmə elə klubun təmsil etdiyi bölgədə keçiriləcək.

İttihamçı tərəf dünya çempionatının başlamasına cəmi 1 ay qalmış baxılacaq iş üzrə futbolçunun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir. İddia Braziliyanın DIS investisiya qrupu tərəfindən qaldırılıb. İnvestisiya şirkəti Neymarın bəzi transfer hüquqlarına sahib idi. Şirkət 30 yaşlı hücumçunun "Santos"dan "Barselona"ya transferində korrupsiya olduğunu iddia edir. Həbs cəzasına əlavə olaraq investisiya şirkəti "Barselona"dan 150 milyon avrodan çox təzminat tələb edir.

"Sambaçı" 2013-cü ildə 88 milyon avro qarşılığında "Santos"dan "Barselona"ya transfer olunub.

Səbuhi Həsənov