Video 14:52 27.02.2023

Nigar Camala hücum edən şəxs danışdı: "Nalayiq ifadələr işlətdi"

Xəbər verdiyimiz kimi, küçədə bir şəxs müğənni Nigar Camala hücum edib. 

Qaynarinfo xəbər verir ki, həmin şəxs videoaçıqlama yayaraq, baş verənlərdən bəhs edib. O bildirib ki, Nigar onun ünvanına nalayiq sözlər işlədib:

"Sosial şəbəkədə Nigar Camal tərəfindən videom yayılıb. Uzun müddət dövlətə xidmət etmişəm. Qadına, kişiyə necə hörmət edilməlidir gözəl bilirəm. Həmin xanım siqnal verdi, pəncərəni endirdim ki, nə olub? Nalayiq ifadələr işlətdi. Onu mən dilimə gətirmək istəmirəm. Yaxınlaşdım ona, gördüm video çəkir. Bildim ki, paylaşacaq. Qarşısını kəsdim, pəncərəsini döydüm ki, nə olub, niyə video çəkirsən? Deyirəm, qadındır, çıxıb getsin, amma maşınımı videoya niyə çəkirsən? Soruşanda isə sürüb qaçdı. Mən də əlimi güzgüsünə atdım, əsəblə. Güzgüsü sındı. İndi heç kim demir, niyə maşından düşdü, güzgünü vurdu. Söhbətin içini bilmədən danışırsınız".

Qeyd edək ki, N.Camal video paylaşaraq bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib. Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.