Siyasət 20:14 07.06.2023

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

AK Parti və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

"Report” xəbər verir ki, bu barədə "TRThaber” məlumat yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

Qeyd edək ki, Türkiyə parlamentinin sədrliyinə partiyalar tərəfindən ümumilikdə 7 namizəd irəli sürülmüşdü. Onlar Numan Kurtulmuş (AK Parti və MHP), Tekin Bingöl (CHP), Cihan Paçacı (İYİ partiya), Şerafettin Can Atalay (Türkiyə İşçi Partiyası), Tülay Hatimoğulları Oruç (Yaşıl Sol Partiya), Mustafa Yeneroğlu (DEVA) və Serap Yazıcı Özbud (Gələcək Partiyası).