Dünya 11:48 11.05.2023

NYT: "Putinin B planı olmayıb, ona görə qalib gələ, uduza və ya dayana bilmir"

ABŞ-ın "The New York Times” qəzeti "Vladimir Putin dünyanın ən təhlükəli axmağıdır” başlığı ilə (Vladimir Putin Is the World’s Most Dangerous Fool) köşə dərc edib.

Qaynarinfo-nun məlumatına görə, yazının müəllifi, NYT-nin köşə yazarı və üçqat Pulitzer mükafatı laureatı Tomas Fridman belə qənaətə gəlir ki, Putinin heç vaxt B planı olmayıb və indi o, qalib gələ, uduza və ya dayana bilmir.

Ukraynadakı müharibənin gedişatını təhlil edən Fridman belə qənaətə gəlir ki, Putinin heç vaxt B planı olmayıb və o, həqiqətən də Kiyevi tez bir zamanda ələ keçirib, orada "oyuncaq” hökumət quracağını gözləyirdi. İndi özünü elə vəziyyətə salıb ki, "qalib gələ bilmir, uduzur, dayana bilmir”.

Jurnalist yazır ki, ehtiyat strategiyası olmayan Putin mülki infrastrukturun kütləvi şəkildə atəşə tutulmasına və "Rusiya xalqına böyük qələbə kimi sata biləcəyi” ərazinin bir hissəsinə nəzarəti ələ keçirmək üçün yorucu müharibəyə əl atıb.

"B planı A planının uğursuzluğunu ört-basdır etməkdir. Bu hərbi əməliyyatın adı olsaydı, "Simamı xilas et” əməliyyatı adlanardı. Bu, müharibəni müasir dövrün ən mənasız müharibələrindən birinə çevirir - bir ölkənin prezidenti böyük axmaq olduğunu gizlətmək üçün digər ölkənin mülki infrastrukturunu məhv edir”, deyə Fridman yazır. 

Fridmanın fikrincə, müharibə Rusiya qazansa da, uduzsa da, Putinin istədiyi an dayana bilər. O, vurğulayır ki, prezident müharibədən narazılıqdan ehtiyatlanır və bu səbəbdən də "bu qədər irəli gedib” və hər cür fikir ayrılığını cinayət hesab etməyə hazırdır.

Nizami Bağırov