Ölkə 17:03 24.02.2023

"O, baş oğrulardan biridir" - Deputat

"Azərbaycanda oğurluqla məşğul olan, xalqımızın sərvətini talayan "Akkord" şirkətinin keçmiş rəhbəri gedib Amerikada oturub". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

"O adama Cinayət Məcəlləsinin 15 maddəsini gözüyumulu tədbiq etmək olar. Azərbaycan xalqına internet vasitəsilə dərs verib, ağıl öyrədir.  Azərbaycanda tikilən binaların heç birinin 8 ballıq zəlzələyə tab gətirməyəcəyini deyir. Halbuki özü də bina tikən olub, baş oğrulardan biridir. Onu Amerikadan gətirmək böyük problemdir?! Amerika ən ağır cinayət məhz vergidən yayınmaqdır. Bu adam da dövlət vəsaitini mənimsəyib", deyə deputat bildirib.

Qeyd edək ki, "Akkord” Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyev hazırda ABŞ-da yaşayır.

Qafqaz Rafiqoğlu