Dünya 17:07 14.11.2022

Özbəkistan Prezidentinin qızına yeni vəzifə verildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva yeni vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, xanım Mirziyoyeva Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin olunub.

Xəbəri Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov təsdiq edib. Mətbuat katibi bildirib ki, bu sektor Prezident Administrasiyasında yeni yaradılıb, ictimai rəyin öyrənilməsi və informasiya siyasətinə məsul olan Administrasiya rəhbərinin müavini sisteminin strukturuna daxildir.
 
Aydın