Dünya 20:59 15.06.2022

Özbəkistanda Şanxay Sammiti işə başladı

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Milli Koordinasiya Şurasının iclası başlayıb.

Qaynarinfo bu barədə "Hamshahrionlin" saytına istinadən xəbər verir.

Sammit üzrə Özbəkistanın rəsmisi Rəhmətollah Nurumbətov üç gün ərzində bir çox məsələlər müzakirə ediləcək: "O cümlədən bu il sentyabrın 15-16-da Səmərqənd şəhərində keçiriləcək ŞƏT-in Zirvə toplantısına hazırlıq və onun çərçivəsində mühüm regional məsələlər müzakirə olunacaq. İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü qəbul etmək Milli Koordinatorlar İclasının ən mühüm məsələlərindən biridir".

Üç gün ərzində ŞƏT-ə üzv dövlətlərin XİN başçıları Şurasının iclasına hazırlıq, həmçinin iyulun 27-də və 28-də Daşkənddə Əfqanıstana həsr olunmuş beynəlxalq toplantı, üzv ölkələrin Baş nazirlər Şurasının dövri iclası, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrlə bağlı məsələlər də nəzərdən keçiriləcəl.

Qeyd edək ki, Özbəkistanın sədrlik etdiyi ŞƏT-in Milli Əlaqələndirmə Şurası yarımştatdır. Sammitdə Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin (virtual), Pakistan (virtual), Rusiya, Tacikistan və Özbəkistan iştirak edib.

ŞƏT 2001-ci il iyunun 15-də Çinin Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır.

M.Arif