Dünya 12:07 01.05.2023

Özbəkistanda referendum: Nəticələr açıqlandı

Özbəkistan konstitusiyasının yeni redaksiyasına dair qanun layihəsini referendum iştirakçılarının 90,21%-i dəstəkləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 84%-i keçib. MSK rəhbəri keçirdiyi brifinqdə bildirib ki, ölkənin əsas qanununa dəyişikliklərin lehinə 15 milyon 40 min 56 nəfər səs verib. Seçki məntəqələrinə gələnlərin 9,35 faizi yeni konstitusiya layihəsinin əleyhinə səs verib, daha 0,49 faiz bülleten yararsız elan edilib.

"Referendum haqqında” Qanuna uyğun olaraq, referendumda iştirak edənlərin yarıdan çoxu tərəfindən dəstəklənən qərar qəbul edilmiş sayılır. Qanun qəbul olunarsa, referendumun nəticələrinin MSK tərəfindən rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək. Bu, səsvermədən sonra on gün ərzində edilməlidir.

Özbəkistanda referendum dünən, aprelin 30-da keçirilib və MSK onu baş tutmuş hesab edib. Ölkə konstitusiyasına edilən dəyişikliklər, xüsusən, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək uzadılmasını, ölüm hökmünün qadağan edilməsini, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasını qadağan edir. Konstitusiyanın yeni variantı həm də hazırkı prezident Şavkat Mirziyoyevə ardıcıl üçüncü müddətə seçilməyə imkan verəcək.

Nizami Bağırov