Ölkə 16:44 31.05.2023

Ola bilər, savadlı insandır, amma əxlaqı yerində deyil... - Siyavuş Novruzov

"Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad edib, necə hazırlaşsın. Neçə ildir ki, proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”. 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, müəllim savadlı kadrla yanaşı, həm də pedaqoqdur:
 
"Ola bilər, savadlı insandır, amma əxlaqı yerində deyil. Bunu hansı testlə yoxlayacayıq?! Elm sahəsində də ciddi işlər aparılmalıdır. Türkologiya və Cənubi Azərbaycan məsələsinə elmdə yer ayrılmalıdır. Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır. Bütün nazirliklər akademiya açır, lakin peşə məktəbi açan yoxdur. Texniki peşə məktəbləri olsa, ali məktəbə girmək üçün müraciət də çox olmayacaq. Hər şirkət və təşkilata tapşırıq verilməlidir ki, ciddi texniki peşə məktəbləri açılsın”.

Qafqaz Rafiqoğlu