İdman 14:02 10.01.2023

Oyun zamanı əvəzlənən futbolçu meydana bıçaqla qayıtdı

Türkiyənin Çorum bölgəsində Həvəskarlar Liqası çərçivəsində baş tutan bir görüşdə xoşagəlməz olay yaşanıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki,  qarşılaşma zamanı sarı vərəqə ilə cəzalandırılan futbolçulardan biri inanılmaz addım atıb. 

Hadisə "İskilipspor" və "Ulukavakspor" komandalarının qarşılaşması zamanı baş verib. Birinci hissəsi "Ulukavakspor”un 1:0 hesablı üstünlüyü ilə başa çatan görüşün ikinci yarısında iki rəqib futbolçu arasında gərginlik yaranıb. Bu səbəbdən baş hakim onları sarı vərəqə ilə cəzalandırıb. Gərginliyin artmaması üçün "Ulukavakspor”un məşqçiləri sarı vərəqə ilə cəzalandırılmış futbolçuları Kadir Karaköşeni əvəzləməyi qərara alıb. Ancaq Karaköşe paltardəyişmə otağına getdikdən sonra 57-ci dəqiqədə meydana əlində bıçaqla qayıdıb və rəqib komandanın oyunçularına hücum etmək istəyib.

Dərhal asayiş keşikçiləri tərəfindən zərərsizləşdirilən futbolçu nəzarətə götürüıüb. O, polis bölməsinə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Baş verən hadisələrə görə oyun dayandırılıb. 
 



Səbuhi Həsənov