İdman 11:15 26.12.2022

Oyun zamanı tribuna çökdü, 27 nəfər xəsarət aldı (VİDEO)

Misirdə "Əl-İttihad" və "Əl Əhli" basketbol komandaları arasında keçirilən matç zamanım xoşagəlməz hadisə yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Giza şəhərindəki qapalı idman salonunda keçirilən qarşılaşma zamanı tribunanın bir hissəsi dağılıb. Tamaşaçıların yerləşdiyi tribunada dəmir baryerlərdən birinin uçması nəticəsində 27 nəfər xəsarət alıb. Hadisəyə görə matç ləğv edilib.

Misirin idman naziri Əşrəf Sübhi verdiyi yazılı açıqlamada, ilk təsbitlərə görə hadisənin azarkeşlər arasındakı dava nəticəsində baş verdiyini və məsələyə aydınlıq gətirmək üçün komissiya yaradıldığını bildirib.

Səhiyyə Nazirliyindən hadisə zamanı xəsarət alan 27 nəfərin xəstəxanalarda müalicə aldığı və onların həyati təhlükəsinin olmadığı barədə məlumat verilib.
 


 
Səbuhi Həsənov