Dünya 14:04 25.06.2022

Pakistanda 4-cü Beynəlxalq İpək Yolu Konfransı başladı

İslamabadda 16-cı Beynəlxalq Sosial Elmlər Konfransı və "Türkiyə və Pakistan arasında iqtisadi, sosial və siyasi əlaqələrin inkişafı” mövzusunda 4-cü İpək Yolu konfransı işə başlayıb.

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Konfrans Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Ankara Araşdırmalar Mərkəzi (ADAM), İstanbul Səbahuddin Zaim Universiteti və Pakistan Milli Elm və Texnologiya Universiteti (NUST) ilə birgə təşkil olunub. 

Konfransda Türkiyə-Pakistan əlaqələrinin tarixi, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanları, sosial və mədəni əlaqələr, İslam iqtisadiyyatı və aktivlərinin inkişafdakı rolu müzakirə olunacaq.

M.Arif