Dünya 10:22 16.04.2023

Pakistanlı nazir yol qəzasında öldü

Pakistanda dini işlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə aprelin 15-də axşam saatlarında İslamabadda nazirin avtomobilinin digər avtomobilə çırpılması nəticəsində baş verib. Nazir ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.