Sağlamlıq 16:28 02.12.2022

Pandemiya və ondan sonra onkoloji xəstələrin sayının artması nədən xəbər verir?

"Ümumiyyətlə, pandemiya vaxtı və ondan sonra onkoloji xəstələrin sayının artması xeyli mətləblərdən xəbər verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla dünya alimlərinin koronavirus pandemiyası başlayandan sonra ağciyər xərçəngi xəstələrinin sayı artması ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, bu, ümmun sisteminin keçirdiyi təlatümlərlə daha şox bağlıdır:
 


"Bununla bağlı araşdırmalar gedir. Yəqin ki, statistika müəyyən vaxtdan sonra açıqlanacaq. Hesab edirəm ki, bu məlumatlarda kifayət qədər həqiqət payı var. Bizim bir neçə belə müşahidələrimiz var. Koronavirusa yoluxmadan öncə xəstə müayinə olunanda heç bir xəstəlik aşkarlanmayıb, amma yoluxmadan bir neçə ay sonra anoloji müayinə zamanı xərçəng şişi aşkarlanıb. Bu cür hallar və təkçə ağ ciyər xərçəngi deyil, ayrı-ayrı orqanlarında müəyyən xroniki proseslər olmuş xəstələrdə xərçəngin inkişafı halları var”. 

Adil Qeybulla bu məlumatlarda kifayət qədər həqiqət payı olduğunu vurğulayıb.

Bahar Rüstəmli