Siyasət 13:30 12.01.2023

Paşinyandan qondarma rejimə xəbərdarlıq: “Azərbaycanla birbaşa dialoqa başlamaq lazımdır”

Ermənistanın baş naziri Nikol Paşinyan qondarma Qarabağ "hakimiyyətini” vəziyyəti daha da gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Qaynarinfo bu barədə Sputnik-ə istinadla xəbər verir.

Hökumətin iclasında baş nazir qeyd edib ki, Laçın dəhlizinin bağlanması fonunda "Dağlıq Qarabağ rəhbərliyi” tərəfindən asimmetrik tədbirlər görülməlidir. Bu, ilk növbədə o deməkdir ki, son illərin hadisə və prosesləri ayıq şəkildə təhlil edilməlidir.

Paşinyanın sözlərinə görə, Qarabağ rəhbərliyinin yekun qərarları və yekun çıxışın necə olması barədə fikirləri özündə əks etdirməyən bəyanatları heç bir fayda vermir. O, əmindir ki, "Dağlıq Qarabağla” Azərbaycan arasında birbaşa dialoqa başlamaq lazımdır ki, sonradan heç kim "Qarabağ rəhbərliyini” destruktivlikdə ittiham etməsin.

Bir gün əvvəl Qarabağ Təhlükəsizlik Şurası bəyanat qəbul edib ki, Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra bəyanat və fikirlər "DQR” xalqının və hakimiyyətinin mövqeyinə uyğun gəlmədiyi üçün narahatlıq doğurur. Qeyd olunub ki, tarixi vətəndə suverenlik, azad və müstəqil yaşamaq hüququ mütləq dəyərlərdir və heç bir məcburiyyət və ya təhdid qarabağlıları döyüşdən saxlaya bilməz.
 
Alpər