İdman 18:24 19.12.2022

Pele DÇ-nin finalını xəstəxana yatağından izləyib

Braziliya və dünya futbolunun əfsanəsi Pele Lionel Messinin dünya çempionatının kubokunu başı üzərinə qaldırdıqdan sonra mesaj paylaşıb.

Qaynarinfo xəbər verir ki, "Futbol Kralı" ləqəbli Pele Argentinanı Messini təbrik edib. Turnirin ilk günlərindən səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilən Pele final matçını xəstəxanada yatağından izləyib. Final matçında het-trik edən Mbappeni tərifləyən Pele Messiyə təbrik mesajı da göndərib.

Keçmiş hücumçu "Futbol həmişə olduğu kimi öz hekayəsini valehedici şəkildə anlatmağa davam edir. Messi ilk dünya kubokunu layiqincə qazandı. Finalda 4 qol vuran əziz dostum Mbappe, futbolun gələcəyi üçün bu şounu izləmək hədiyyə idi" - sözlərini söyləyib. 

82 yaşlı veteran futbolçu dünya çempionatlarında yarımfinala çıxmaqla tarix yazan Mərakeşlə bağlı açıqlamasında "İnanılmaz turnirə görə təbrik etməyə bilmərəm. Afrikanın parıldadığını görmək çox gözəldir. Argentinanı təbrik edirik! Dieqo Maradona indi mütləq gülümsəyir” - deyib.
 


Səbuhi Həsənov