ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Vaşinqton Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər
verir.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti "genişlənmiş çəkindirmə sahəsində öhdəliyə ciddi şəkildə riayət edir, bu, adi və nüvə silahları da daxil olmaqla, bütün hərbi vasitələrin istifadəsini nəzərdə tutur”.
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreya prezidenti Yun Sok Yol qeyd edib ki, Vaşinqton və Seul "genişlənmiş çəkindirmə”ni gücləndirmək üçün nüvə silahından istifadə etməklə birgə təlimlər keçirməyi müzakirə edirlər. Lakin bundan sonra ABŞ prezidenti Co Bayden bildirib ki, hazırda belə müzakirələr aparılmır.
Alpər
Şərhlər