Siyasət 16:17 29.12.2022

Peskov Paşinyanın beynəlxalq sülhməramlılar çağırmaq ideyasına münasibət bildirdi

Prezident Putinin mətbuat katibi Dmitri Peskov "Mayak” radiosunun efirində Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa beynəlxalq sülhməramlılar göndərilməsi ilə bağlı çağırışlarına qiymət verib.
 
Qaynarinfo bu barədə MK-ya istinadla xəbər verir.

Peskovun sözlərinə görə, beynəlxalq sülhməramlıları yalnız münaqişənin hər iki tərəfi - Ermənistan və Azərbaycan bununla razılaşdığı halda cəlb etmək olar.

Bundan əlavə, Kreml sözçüsü bildirib ki, Rusiya üçtərəfli əsasda qəbul edilmiş həmin razılaşmaları yerinə yetirir. Peskov Paşinyanla Putinin Sankt-Peterburq görüşündə Laçın dəhlizi probleminə çox vaxt ayırdıqlarına aydınlıq gətirib.

Peskov vurğulayıb ki, Rusiya Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən çox narahatdır. Mətbuat katibi qeyd edib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla danışıqları davam etdirəcək.
 
Alpər