Dünya 16:46 02.06.2023

Peskov Paşinyanın Ukrayna ilə bağlı açıqlamasına münasibət bildirdi

Moskva Ermənistanın Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi olmadığıyla bağlı İrəvanın mövqeyini bilir və nəzərə alır. 

Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz bunu qeyd edirik, bu, mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmalarında müəyyən nüanslar var, biz onları nəzərə alırıq, bilirik", - Peskov bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Ukrayna münaqişəsində Moskvanın müttəfiqi olmadığı və hazırkı vəziyyətin İrəvanı narahat etməsi barədə bəyanatını belə şərh edib.

"Siz dediniz ki, biz Rusiya ilə müttəfiqik. Təbii ki, bu, heç vaxt ucadan deyilməyib, amma məncə, nəzərə çarpır. Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Və bizim bu müharibə, bu münaqişə haqqında təsəvvürümüz belədir ki, bu narahatlıq doğurur, çünki bu, bizim bütün münasibətlərimizə birbaşa təsir edir”, - Paşinyan iyunun 1-də "CNN primanews"a müsahibəsində deyib.

Peskov onu da vurğulayıb ki, "əlbəttə ki, biz Ermənistanla konseptual müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edirik”.

Alpər