Siyasət 16:21 22.12.2022

Peskov və Zaxarova Paşinyanın sülməramlılarla bağlı iradına cavab verdi

Qarabağdakı Rusiya sülhməramlıları razılaşmaların ruhuna və hərfinə uyğun hərəkət edərək asayişi və əmin-amanlığı təmin etmək üçün mümkün olan hər şeyi edirlər.

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar (sülhməramlılar) yalnız ölkələr arasında imzalanmış müvafiq sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər. Biz, əlbəttə ki, erməni həmkarlarımız və müttəfiqlərimizlə bu mövzunu müzakirə etməyə davam edəcəyik", - Peskov jurnalistlərə deyib.

Cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarını şərh edib.

"Mən bunun əksini deyə bilərəm. Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər... Tədbirlər görülür, iş gedir", - Zaxarova bildirib.

Onun sözlərinə görə, əvvəllər gərginləşmə halları olub, tərəflər bir-birini ittiham ediblər, vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları olub və onlar istədiklərinə nail olublar.

Ona görə də Zaxarovanın fikrincə, Rusiya sülhməramlılarına belə münasibət qəbul olunmazdır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında bildirib ki, Azərbaycan öz öhdəliklərini, xüsusən də vətəndaşların və malların maneəsiz hərəkətinə zəmanət verməyə borclu olduğu 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını dəhliz vasitəsilə kobud şəkildə pozmaqda davam edir. O, həmçinin qeyd edib ki, de-fakto Rusiya sülhməramlı kontingenti dəhlizə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmir.

Alpər