Ölkə 16:55 25.06.2022

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1385 vaksin vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 234, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 843, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.